EN

"Biz nə etdiyimizi çox yaxşı bilirik, heç kim qorxmasın" - Ərdoğan

"Biz nə etdiyimizi çox yaxşı bilirik, heç kim qorxmasın" - Ərdoğan"Dünən PKK aldığı qərarı həyata keçirdiyini açıqladı və tərksilah oldu".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında deyib.

"Biz "Terrorsuz Türkiyə" üçün canımızı ortaya qoyduq, Türkiyənin xeyrinə olmayan heç bir işdə olmadıq. Bundan sonra Türkiyənin xeyrinə olan bütün işlərdə bizi ən öndə görəcəksiniz. Biz nə etdiyimizi çox yaxşı bilirik. Heç kim qorxmasın. Nə ediriksə, Türkiyə və millətimiz üçün edirik. Terror bitəcək, görəcəksiniz. Türkiyə qazandı, hər bir vətəndaşımız qazandı", - Ərdoğan bildirib.

O qeyd edib ki, terrorun məqsədi kürd ilə türkün arasına nifaq toxumu səpmək idi, amma bu gün türk ilə kürd qucaqlaşdı: "İndi oturub danışacağıq, amma silahlarla deyil. Bütün məsələləri qarşılıqlı oturub müzakirə edəcəyik".

"Terrorun bitməsi ilə Türkiyə daha güclü, daha özgüvənli olacaq. Ölkəmiz qardaşlıqla böyüyəcək, demokratiya ilə güclənəcək. Görəcəksiniz çox fərqli Türkiyəyə yaxın vaxtda qovuşacağıq. İtkilərimiz şüphəsiz ki, geri gəlməyəcək, amma gənclərimiz ən gözəl çağlarında bundan sonra aramızdan ayrılmayacaq, analar göz yaşı tökməyəcək. Biz tərksilah prosesini qurulan mexanizm əsasında yaxından izləyirik", - Türkiyə lideri əlavə edib.

Xatırladaq ki, ötən gün "Terrorsuz Türkiyə" siyasi prosesi çərçivəsində 47 ildən sonra Süleymaniyyədə bir qrup PKK üzvü silahlarını təhvil verib.

Chosen
12
4
sonxeber.az

10Sources