Bu ilin yanvar-iyun aylarında ölkədə 2 132 ədəd və ya 2024-ci ilin müvafiq ayları ilə müqayisədə 100 ədəd və ya 4,9 % çox minik avtomobili istehsal olunub.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu il iyulun 1-nə ölkədə 36 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə Azərbaycanda 302,5 milyon manat dəyərində maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 3,5 % artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 9,5 % azalıb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 271 ədəd traktor istehsal edilib. Bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 12 % azdır. Nəticədə, bu il iyulun 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin ilk 6 ayında Azərbaycanda 146 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 47,1 % azdır. Nəticədə, bu il iyulun 1-nə ölkədə 13 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bizim.Media