EN

Mark van Bommel'in oğlu PSV-də

PSV növbəti mövsüm üçün heyətini gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Eredivisie təmsilçisi Niderland futbolunun tanınmış simalarından Mark van Bommelin oğlu Ruben van Bommel komandaya transfer olunub.

20 yaşlı sol cinah oyunçusu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Klubun sosial media hesabında atalı-oğullu van Bommellərin PSV forması ilə birgə fotosu paylaşılaraq “Atadan oğula. Bir miras davam edir.” qeydi yazılıb.

Qeyd edək ki, Ruben van Bommel ötən mövsüm AZ Alkmaar klubunun heyətində bütün turnirlərdə 34 oyunda iştirak edib və 10 qola imza atıb.

Chosen
13
90deqiqe.az

1Sources