EN

İsrail ordusu iki gün ərzində Qəzzada 250-yə yaxın hədəfə hücum edib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında müxtəlif hədəflərə zərbələr endirməkdə davam edir.

Operativ Media xəbər verir ki, bu haqda İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatına görə, son 48 saat ərzində anklavda 250-yə yaxın hədəfə hücum edilib. Onların arasında minalanmış binalar, silah anbarları, tank əleyhinə raket buraxılış məntəqələri, tunellər, snayper mövqeləri və digər hərbi infrastruktur obyektləri olub. Ayrı-ayrı silahlı fələstinli radikallara da zərbələr endirilib.

1Sources