EN

Banklar ciddi təhlükə ilə qarşı qarşıya Vətəndaşlar məcburdur ki...

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Böyük banklarımızın səviyyəsi bir qayda olaraq, eynidir. Bank xidməti nöqteyi-nəzərindən səviyyələri elə də yaxşı deyil. Kibertəhlükəsizliklə bağlı yaranan problemlər müştəriləri daha çox orta seqment banklara sövq edə bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. O, bildirib ki, kredit məsələlərində bank olmayan kredit təşkilatları və lombardlar banklar üçün elə də ciddi rəqib deyil:

“Kredit məsələlərində bank olmayan kredit təşkilatları və lombardlar banklar üçün elə də ciddi rəqib deyil. Vətəndaşlar onsuz da məcburdur ki, pul köçürmələri və digər əməliyyatları banklarla etsin. Hər bir halda BOKT və lombardlarda kredit faizləri yüksəkdir. Bank isə nisbətən daha aşağı faizlə kredit təklif edir. Böyük banklarımızın səviyyəsi bir qayda olaraq, eynidir. Bank xidməti nöqteyi-nəzərindən səviyyələri elə də yaxşı deyil. Kibertəhlükəsizliklə bağlı yaranan problemlər müştəriləri daha çox orta seqment banklara sövq edə bilər”.  pizza sifarişi

Hüquqşünas qeyd edib ki, kibertəhlükəsizliklə bağlı yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsi üçün banklar arasında sağlam rəqabət olmalıdır:

“Kibertəhlükəsizliklə bağlı yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsi üçün banklar arasında sağlam rəqabət olmalıdır. Bizdə böyük bankların müştəri bazası bir qayda olaraq, süni yolla toplanır. Maaş kartları, pensiya kartları hamısı demək olar ki, bu banklarda cəmləşib. İri banklarla öz xoşu ilə əməkdaşlıq edən müştərilər elə də çox deyil. Mərkəzi Bank bu məsələlərin tənzimlənəcəyinə söz verib”.

Nazim Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
0
1
yenisabah.az

2Sources