Millət vəkili Göydəniz Qəhrəmanov vətəndaşların növbəti qəbulunu keçirib -Fotolar
Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsinin ərazisində yerləşən M.H.Naxçıvani küçəsinin sakinləri ilə səyyar görüş keçirilib.
aia.az xəbər verir ki, sakinlər sosial, məşğulluq və digər gündəlik həyatda qarşılaşdıqları məsələlərlə bağlı müraciətlər ediblər.
Qaldırılan məsələlərin bir qismi yerindəcə operativ şəkildə həll olunub. Həlli müəyyən vaxt və prosedur tələb edən müraciətlər isə qeydə alınıb.
Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı