EN

Antoni Elanqa 61 milyon avroya “Nyukasl”da

İsveç millisinin və “Nottingem Forest”in sağ vingeri Antoni Elanqa bundan sonra “Nyukasl”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Nyukasl” rəsmi saytı vasitəsilə məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Nyukasl” bu transfer üçün “Nottingem Forest”ə 61,4 milyon avro ödəyib.

İsveçin “Elfsborq” və “Malmö” klublarının yetirməsi olan Antoni Elanqa peşəkar karyerasına “Mançester Yunayted”də başlayıb. O, İngiltərə klubunun əsas komandasında 55 oyun keçirib, 4 qol və 4 assist müəllifi olub.

“Nottingem Forest” Elanqanı 2023-cü ildə “Mançester Yunayted”dən 16 milyon avroya transfer etmişdi. İsveçli futbolçu “meşəçilər”in heyətində 82 oyuna 11 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.

Antoni Elanqa İsveçin U-16, U-17 və U-21 yığmalarında oynadıqdan sonra 2022-ci ilin martında əsas millidə debüt edib. 23 yaşlı futbolçu İsveç yığmasında 22 oyuna 4 qol vurub.

“Transfermarkt” internet-portalı 23 yaşlı vingerin transfer dəyərini 42 milyon avro məbləğində qiymətləndirir.

Chosen
10
arena.az

1Sources