EN

İnfarkt riskini 46 faiz azaldan məhsulun adı açıqlandı

Kardioloq Aurelio Rojas bildirib ki, qida rasionunuza bir məhsul daxil etsəniz, infarkt riskini 46 faiz azalda bilərsiniz.

O, bunu Vanitatis-ə müsahibəsində açıqlayıb.

İnfarktın qarşısını almaq üçün Rojas insanları həftədə üç dəfə qoz yeməyə çağırıb. Fakt budur ki, qozun tərkibində omeqa-3 yağ turşuları, lif və antioksidanlar kimi çoxlu sayda faydalı maddələr var.

Həkim izah etdi ki, qozun müntəzəm istehlakı insanın damarlarının fəaliyyətini yaxşılaşdırır, lipid profilini normallaşdırır, bütövlükdə ürək-damar sistemini gücləndirir. Bundan əlavə, bu məhsul yaddaşı yaxşılaşdırır və beyni qoruyur.

Mütəxəssis sonda əlavə edib ki, əgər insan qoz-fındıqları sevmirsə, onu oxşar təsirə malik çia toxumu ilə əvəz etmək olar.//E-saglam.az 

Chosen
13
5
musavat.com

6Sources