EN

Mafiya başçısı "Pepo" başqa ölkədə saxlanıldı

Kolumbiyanın paytaxtı Boqotada keçirilən beynəlxalq əməliyyat nəticəsində İtaliyanın məşhur mafiya şəbəkəsi "Ndrangheta"nın Latın Amerikası üzrə əsas rəhbərlərindən biri sayılan Cüzeppe Palermo (ləqəbi Pepo) saxlanılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Kolumbiya, İtaliya, Böyük Britaniya hüquq-mühafizə orqanları və Europol-un birgə təşkil etdiyi əməliyyat iyulun 11-də həyata keçirilib.

Axtarışda olan Palermo Boqota küçələrində gəzərkən saxlanılıb. Onun 196 ölkədə beynəlxalq axtarışda olduğu bildirilib. 

İstintaq orqanlarının məlumatına görə, Cüzeppe Palermo "Ndrangheta" mafiyasının Cənubi Amerikadakı fəaliyyətlərinə rəhbərlik edib və Kolumbiyadan, Perudan və Ekvadordan Avropaya narkotik qaçaqmalçılığı zəncirini təşkil edib. Onun bu şəbəkəni illərlə idarə etdiyi və mafiyanın milyardlarla avro dəyərində narkotik ticarətində əsas vasitəçi olduğu vurğulanıb. 

Hazırda Cüzeppe Palermonun İtaliyaya ekstradisiyası üçün hüquqi prosedurlar başladılıb. Rəsmilər əməliyyatın beynəlxalq cinayətkarlığa qarşı mühüm addım olduğunu bildiriblər.

Milli.Az

Chosen
13
18
milli.az

10Sources