EN

Azərbaycanın müdafiə və xarici işlər nazirləri adından yayılan Belarus təyyarəsinin vurulmasına dair açıqlama saxtadır

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın müdafiə naziri və Azərbaycanın xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Medianın İnkişafı Agentliyinin açıqlama yayıb.

“Qeyd edirik ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, – deyə açıqlamada bildirilib.

img

Chosen
10
49
poliqon.az

10Sources