EN

Türkiyədə yaşayış binası yandı, ölənlər var - FOTOLAR

Ankaranın Çankaya rayonunda 26 mərtəbəli binada yanğın baş verib.

"Unikal" xəbər verir ki, ilkin məlumatlara görə, 3,5 aylıq körpə də daxil olmaqla 3 nəfər dünyasını dəyişib, 39 nəfər tüstüdən zəhərlənib. Xəstəxanaya yerləşdirilənlərdən birinin vəziyyəti ağırdır.

Təxminən 4 saatlıq çalışmadan sonra yanğın nəzarət altına alınıb.

Yanğın saat 22:00 radələrində Alacaatlı məhəlləsindəki yaşayış kompleksində 26 mərtəbəli binanın 4-cü mərtəbəsində hələ məlum olmayan səbəbdən baş verib. Alov sürətlə digər mərtəbələrə keçib.

Chosen
5
1
unikal.az

1Sources