Xalq artisti və Sea Breeze layihəsinin rəhbəri Emin Ağalarov Bodruma səfər edib. O, bu barədə özünün Instagram səhifəsində video açıqlama yayıb.
NOCOMMENT.az referans .az-a istinadən xəbər verir ki, möhtəşəm dəniz mənzərəsinin fonunda danışan Emin Ağalarov bildirib ki, bir neçə günlük Bodruma gəlib. Məqsədi yeniliklərlə tanış olmaq, Türkiyə sahil otelçiliyini öyrənmək və mümkündür ki, burada da kiçik Sea Breeze layihəsi həyata keçirmək.
Xatırladaq ki, Emin Ağalarov Xəzər sahilində möhtəşəm Sea Breeze layihəsini gerçəkləşdirir. Layihənin Xəzərin şimal sahilində Sea Breeze adlı şəhərin inşası ilə yekunlaşması nəzərdə tutulur. Emin Ağalarov bu eyni adlı layihəni Özbəkistana da daşıyır. İndi isə onun açıqlamasından belə başa düşülür ki, o, Egey sahillərində – Bodrumda da bu layihənin kiçik bir modelini tətbiq etmək niyyətindədir.