EN

Rusiyada azərbaycanəsilli polis rəisi həbs edilib

Rusiyanın Nijni Novqorod aeroportunun Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinərək saxlanılıb.

Oxu.Az bu barədə “Nijniy No1” nəşrinə istinadla xəbər verir.

İddia edilir ki, polis polkovnik-leytenantı Musayev miqrantların pul müqabilində Rusiyaya qanunsuz daxil olması üçün sxem yaradıb və 10-dan çox polis əməkdaşını bu sxemə cəlb edib.

Hazırda Musayevə qarşı sərhədi qanunsuz keçmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Chosen
47
8
editor.az

10Sources