EN

Firdovsi Umudov Gürcüstanda ağırlıqqaldırma federasiyalarının prezidentləri ilə görüşüb - FOTO

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Gürcüstanda keçirilən "Kakhi Cup 2025" beynəlxalq turnirinin açılış mərasimində iştirak edib.

Apasport.az xəbər verir ki, mərasimdə çıxış edən Firdovsi Umudov yarışın əhəmiyyətindən danışaraq, turnirin ildən-ilə daha da maraqlı keçdiyini diqqətə catdırıb.

AAF rəsmisi Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze və 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə federasiya adından xatirə hədiyyələrini təqdim edib.

Tədbirin sonunda Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüb.

Xatırladaq ki, Firdovsi Umudov bir neçə gün əvvəl Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü seçilib.

Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib

Təmsilçimiz Avropa çempionatında 3 medal qazanıb

Təmsilçimiz Özbəkistanda gümüş medal qazanıb

Təmsilçimiz “Uzbekistan Open”in qalibi olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Chosen
157
8
apasport.az

9Sources