13 iyul 3×3 basketbol üzrə qadın millimiz Qadın Seriyasında Buxarest mərhələsinin 1/2 final oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, qızlarımız yerli “Rapid Buxarest” klubuna 21:18 hesabı ilə qalib gəlib və adını finala yazdırıb.
Qeyd edək ki, finalda qızlarımızın rəqibi “Seattle” klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 21:25-də start götürəcək.