EN

Rusiyaya məxsus dron Sumi vilayətində kritik infrastrukturu VURDU

Ukraynanın Sumi vilayətində Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) kritik infrastruktura zərbə endirib.

Hücum nəticəsində Sumı şəhərində yaşayış massivləri və üç xəstəxana da daxil olmaqla, mühüm obyektlər işıqsız qalıb. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

KONKRET.az xəbər verir ki, Rusiya ordusu həmçinin mülki şəxslərin hərəkətdə olduğu motobloka da dronla zərbə endirib. Hücum nəticəsində 57 yaşlı bir kişi həyatını itirib, onun qardaşı isə yaralanıb.

Bundan əvvəl, Dnepropetrovsk vilayətində yerləşən Samar şəhərinin də kütləvi dron hücumuna məruz qaldığı bildirilmişdi. Şəhərdə məktəb binası və bir neçə yaşayış evi zədələnib.

Natiq Səlim,
KONKRET.az

Спросить ChatGPT
Chosen
31
konkret.az

1Sources