Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Qadın Seriyasının Buxarest mərhələsində finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, onlar bu gün ilk öncə 1/4 final qarşılaşmasına çıxıb və Çini məğlub edib - 21:17.
Yarımfinalda isə rəqib yerli "Rapid Buxarest" olub. Yığmamız bu görüşdə də qalib gəlməyi bacarıb - 21:18.
Milli komandamız finalda ABŞ-ın "Seattle" klubu ilə üz-üzə gəlir.