The Guardian nəşri Avropanın və ABŞ-ın Ukrayna məsələsindəki zəif mövqeyini sərt tənqid edib.
KONKRET.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Avropa “banallıqlar təklif edir”, Tramp tərəddüd edir, Ukrayna və onun inanılmaz xalqı isə fəlakətin astanasındadır.
“Artıq bu sual hipotetik deyil, getdikcə daha real və təcili xarakter alır: əgər Ukrayna süqut etsə, nə baş verəcək?” – deyə müəllif soruşur.
Məqalədə vurğulanır ki, Ukraynanın məğlubiyyəti Qərb üçün epik strateji fiasko olacaq, hətta Əfqanıstan və İraq fəlakətlərindən də böyük:
“Bu, Avropa, Britaniya, transatlantik alyans və beynəlxalq hüquq üçün dəhşətli nəticələr doğuracaq.”
Nəşr həmçinin bildirir ki, Putinin nüvə şantajı “ciddi qəbul olunacaq qədər real deyil” və əgər NATO-nun cəsarəti olsaydı, onu yerinə oturda bilərdi.
Hazırda iki ehtimal əsas sayılır:
-
Müharibənin çıxılmaz vəziyyətə düşməsi
-
Ukraynanın süqutu
Amma müəllifin fikrincə, Ukraynanın məğlubiyyəti – bütün Qərbin məğlubiyyəti olacaq və bu, Avropada daha genişmiqyaslı münaqişə dövrünün başlanğıcına çevrilə bilər.
Məqalə belə bir çağırışla yekunlaşır:
“Bu fəlakətin memarı, Rusiyanın utancının baş müəllifi – Vladimir Putin – zərərsizləşdirilməli, vəzifədən uzaqlaşdırılmalı və beynəlxalq ədalət qarşısına çıxarılmalıdır. Ukrayna yox, məhz Putin süqut etməlidir.”
Natiq Səlim,
KONKRET.az