EN

Londonda təyyarə qəzaya uğrayıb – Hava limanında uçuşlar dayandırıldı

Londona yaxın ərazidə yerləşən Sautend hava limanından havaya qalxan kiçik təyyarə qəza keçirib.

Musavat.com xəbər verir ki, insident yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 18:45) baş verib. Məlumata görə, "Beechcraft B200" tipli biznes-jeti Böyük Britaniyadan Niderlandın Lelystad şəhərinə uçuş həyata keçirirdi.

Qəzanın dəqiq səbəbi və təyyarədə neçə nəfərin olduğu hələlik məlum deyil. Hadisə yerindən çəkilmiş görüntülərdə böyük yanğın və qara tüstü buludları əks olunub. Bu fotolar Britaniya mətbuatında və sosial şəbəkələrdə geniş yayılıb.

Baş vermiş insidentdən sonra Esseksdə yerləşən Sautend hava limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. 

 

Musavat.com 

Chosen
67
20
musavat.com

10Sources