Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirməyə davam edəcək.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski hərbçilərlə görüşdən sonra Telegram kanalında bildirib.
“Bizim bölmələrimiz düşməni məhv etməyə davam edəcək və qarşıdurmanın Rusiya ərazisinə keçməsi üçün hər şeyi edəcək. Biz yeni uzaqmənzilli zərbələrimizi hazırlayırıq”, – ukraynalı lider yazıb.
Son Yazılar:
- Zelenski Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi anonsunu VERDİ
- Yannik Sinner ilk dəfə Uimbldon çempionu OLDU
- Yannik Sinner məğlub edərək ilk dəfə Uimbldon çempionu OLDU
Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələrinin ukraynalılara zərər vurmaq üçün hər cəhdi Ukrayna Silahlı Qüvvələri bölmələrinin müqaviməti ilə boğulur.
Onun sözlərinə görə, Rusiya ordusu bu yay üçün komandanlığının gözləntilərindən xeyli geri qalıb.