EN

Bələdiyyə sədrindən gözlənilməz addım – FOTO

Masallı rayonunun Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyev qeyri-adi addımı ilə diqqət çəkib.

Viral.az unikal.az-a istinadən xəbər verir ki, Sığdaş kəndində Şəhidlər bulaq kompleksinə suyun çəkilişindən sonra bir qrup şəxs yolun çirkləndirildiyini əsas gətirərək, narazılıqlarını ifadə ediblər.

Bələdiyyə sədri söz-söhbətə son qoymaq məqsədilə ilə özü şəxsən yolu süpürüb təmizləmək qərarına gəlib.

Son Yazılar:

“Hamı işsizlikdən şikayətlənir, lakin iş təklif edəndə heç kim işləmək istəmir. Məhz bu səbəbdən özüm işləməli oluram”, – deyə Rauf Cəbiyev bildirib.

Qeyd edək ki, bundan əvvəl də bələdiyyə sədri apardığı təmizlik işləri ilə gündəmə gəlib.

Chosen
42
2
viral.az

10Sources