EN

FIFA Klub Dünya Kubokunu “Çelsi” qazandı

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku başa çatıb.

Arena.az xəbər verir ki, bu gecə mundialın həlledici görüşü – final oyunu keçirilib.

Həlledici oyunda İngiltərənin “Çelsi” komandası Fransa çempionu PSJ ilə üz-üzə gəlib. London klubu elə ilk hissədə vurduğu 3 cavabsız qolla güclü rəqibini darmadağın edərək dünya çempionu olub.

Bununla da “Çelsi” tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub. İngiltərə nəhəngi ilk dəfə 2021-ci ildə bu titula sahib çıxmışdı. PSJ isə ilk dəfə finalına yüksəldiyi mundialda uğursuzluğa düçar olub.

FIFA Klub Dünya Kuboku
Final
13 iyul

Çelsi (İngiltərə) – PSJ (Fransa) 3:0
Qollar: Koul Palmer, 22; 30. Juan Pedro, 43.

Chosen
77
50
arena.az

10Sources