EN

Türkiyə millisinin yarımmüdafiəçisi "Beşiktaş"da - Maaşı 5 milyon avro olacaq

"Beşiktaş" "Benfika"nın yarımmüdafiəçisi Orkun Kökçünün transferini yekunlaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin mətbuat xidməti məlumat yayıb.

"Qara qartallar" 24 yaşlı futbolçunu 25 milyon avroluq məcburi satınalma bəndi ilə icarəyə götürüb. Oyunçunun "Beşiktaş"da illik maaşı 5 milyon avro olacaq.

"Benfika" Orkun Kökçünü 2023-cü ilin yayında"Feyenord"dan transfer etmişdi.

Türkiyə millisinin üzvü ötən mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
19
40
sportinfo.az

10Sources