EN

“Çelsi” finalda PSJ-ni uddu, dünyanın ən güclü klubu oldu!

Klublararası dünya çempionatının qalibi bəlli olub

Sportinfo.az xəbər verir ki, ABŞ-də keçirilən turnirin final oyununda PSJ və "Çelsi" üz-üzə gəlib.

Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. London təmsilçisinin heyətində Koul Palmer iki dəfə (22, 30-cu dəqiqə), Joao Pedro (43) bir dəfə fərqlənib.

“Çelsi” tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olur. "Zadəganlar" 2021-ci ildə də bu titulu qazanmışdı.

PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.

Chosen
44
23
sportinfo.az

10Sources