EN

Çeçen qızı Lauranı Tiflisdə oğurladılar!

Çeçenistandakı ailə zorakılığından qaçaraq Gürcüstana sığınan Laura Avtorxanova oğurlanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə hüquq müdafiəçiləri tərəfindən bildirilib – onların məlumatına görə, qızı Tiflisdən bacısı və beş çeçen əsilli şəxs zorla aparıb. Qız, yaxınlarının onu tapdığını sığınacaq əməkdaşına yazaraq geolokasiya göndərə bilib. Lakin sığınacaq əməkdaşı hadisə yerinə çatanda, onu bir neçə çeçen döyüb.

Qeyd edilir ki, Laura Çeçenistanda ailəsi tərəfindən nəzarətdə saxlanılıb, hərəkətləri məhdudlaşdırılıb və qazandığı pulları onlara verməyə məcbur edilib. Qaçmazdan əvvəl evdə məktub qoyaraq onu axtarmamalarını xahiş edib. Buna baxmayaraq, ailəsi dostlarına hədələr yağdırıb və polisə ərizə yazıb.

Laura və vəkili Tiflisdə polis bölməsinə gedərək onun axtarışda olmadığını rəsmiləşdiriblər. Qıza söz verilib ki, ailə üzvləri ölkəyə daxil olarsa, dərhal məlumat veriləcək. Lakin görünür ki, bu öhdəlik yerinə yetirilməyib.

Sığınacaq əməkdaşının sözlərinə görə, Tiflis polisi Lauranı axtarmaqda maraqlı deyil və hər hansı tədbir görmək niyyətində deyil.

 

Musavat.com

Chosen
60
1
musavat.com

10Sources