EN

"TRT Kurdi"dən Güney Azərbaycan türklərinə böyük hörmətsizlik – Professor Aygün Attar: “Dərhal üzr istəyin!” - VİDEO

Türkiyənin tanınmış elm adamı, Gazi Universitetinin professoru Aygün Attar TRT Kurdinin Güney Azərbaycan türklərinə qarşı sərgilədiyi açıq hörmətsizliyə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, TRT Kurdinin yayımladığı xəritədə İranın şimal-qərbində yerləşən və milyonlarla azərbaycanlı türkünün yaşadığı Güney Azərbaycan ərazisi “Kürdüstan” kimi təqdim olunub. Bu təxribat xarakterli addım həm Güney Azərbaycanda, həm də bütün Türk dünyasında ciddi narazılığa səbəb olub. Bu azmış kimi, TRT Kurdi Urmiyəni kürd məskəni kimi göstərən qondarma kürd mahnısı da yayınlayıb. Dünən gün ərzində Güney Azərbaycandan olan soydaşlarımız Musavat.com -un redaksiyasına bu hadisəyə etirazlar göndəriblər. Güney Azərbaycana aid Telegram kanalları da mövzuya aid çoxsaylı etiraz məlumat, bəyanat və videoları yayıblar.

Professor Aygün Attar şəxsi X hesabında (keçmiş Twitter) mövzu ilə bağlı bu sərt ifadələri işlədib:

“İranın Güney Azərbaycan bölgəsində İran rəsmi qaynaqları tərəfindən yayımlanan xəritədə Qərbi Azərbaycan əyalətinin mərkəzi kimi tanınan Urmiyə şəhərinin Türkiyənin dövlət kanalı TRT-də kürd şəhəri kimi təqdim olunması ya cahillikdir, ya da proqram məsuliyyətçilərinin xəyanətidir!

Kürd seviciliyi həddi aşmırmı?

Bununla da kifayətlənməyərək, bir də sərhəddən kənarda, həm də Türkiyə sərhədinə təxminən 50 km məsafədə yerləşən, eyni zamanda İraq sərhədinə çox yaxın olan, tarix boyunca Azərbaycan türklərinin ən sıx yaşadığı, son dərəcə strateji bölgəni kürd şəhəri kimi təqdim etməkdə məqsəd nədir?

Heç olmasa Türkiyə Diyanət Vəqfinin nəşr etdiyi İslam Ensiklopediyasını oxusaydınız…

‘Başda İstahrî olmaqla İslam coğrafiyaşünasları X-XIII əsrlərdə havasını, suyunu və meyvələrini təriflədikləri Urmiyəni (Rûmiye/Urûmiye) Ərdəbil və Mərəğa şəhərlərindən sonra Azərbaycanın üçüncü böyük şəhəri kimi təsvir etmişlər.’”

“TRT dövlət büdcəsindən, Türk millətinin vergiləri hesabına maliyyələşir. Ona görə də Türk kimliyinə qarşı bu cür açıq hörmətsizlik qəbuledilməzdir. TRT Kürdi dərhal Güney Azərbaycan türklərindən üzr istəməli və bu xəritəni düzəltməlidir.”

O əlavə edib ki, bu məsələ təkcə “bir xəritə səhvi” deyil, milyonlarla Güney Azərbaycan türkünün tarixini, kimliyini silmək cəhdidir.

Sosial şəbəkələrdə minlərlə insan Professor Attarın mövqeyini dəstəkləyərək, TRT Kurdinin məsuliyyətə cəlb olunmasını və rəsmi üzr istəməsini tələb edir.

Musavat.com həmin təxribatçı verilişdən bir parçanı təqdim etməklə, bu mövzunun ölkə gündəmində müzakirəsini təklif edir:

Musavat.com

Chosen
5
2
musavat.com

9Sources