EN

Meloni: Ticarət tariflərinin qarşılıqlı tətbiqi Qərbdə ticarət müharibəsinə yol aça bilər

Qərb ölkələri arasında ticarət tariflərinin qarşılıqlı tətbiqi genişmiqyaslı ticarət müharibəsinə səbəb ola bilər.

APA xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni bildirib.


“Ticarət müharibəsi Qərbi zəiflədəcək və bizə qarşı duran qlobal çağırışlar qarşısında kollektiv gücümüzü azaldacaq. Avropa İttifaqı öz arqumentlərini müdafiə etmək və ədalətli, məntiqli razılaşmaya nail olmaq üçün kifayət qədər iqtisadi və maliyyə potensialına malikdir”, – deyə Meloni vurğulayıb.
Chosen
22
1
sherg.az

2Sources