EN

Qərbin əsas niyyəti Rusiyanın MDB ölkələri ilə əməkdaşlığını pozmaqdır - Lavrov

Bakı. Trend:

Qərbin əsas prioriteti Rusiyanın MDB ölkələri ilə əməkdaşlığınıpozmaqdır.

Trend xəbərverir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovFederasiya Şurasında hökumət saatında çıxışında deyib.

"Qərbin əsas narahatlığı və əsas anti-Rusiya enerjisi, əlbəttəki, postsovet məkanında cəmləşib. Onların prioriteti keçmiş Sovetİttifaqı respublikaları arasında əlaqələri, bu xalq-təsərrüfatkompleksini, həmçinin, vahid olan hüquq-mühafizə sistemini, ümumitəhlükəsizlik sistemini pozmaqdan ibarətdir", - o deyib.

Lavrovun sözlərinə görə, Qərb institutları və qeyri-hökuməttəşkilatları, bütün demokratiya fondları bu sahələrdə öz donorproqramlarını tətbiq etməyə çalışırlar.

"Biz bu barədə müttəfiqlərimizlə açıq şəkildə danışırıq.Qiymətləndirmələrimizə görə, onların böyük əksəriyyəti Qərbinniyyətini çox gözəl bilir", - Lavrov deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Chosen
400
50
az.trend.az

10Sources