Əs-Süveyda vilayətində druz və bədəvi qəbilələri arasında baş verən qarşıdurmalarda onlarla insan ölüb və yaralanıb…
Suriyanın cənub-qərbində yerləşən Əs-Süveyda vilayətində druz və bədəvi qəbilələri arasında silahlı toqquşmalar davam edir.
Poliqon xəbər verir ki, bu barədə məlumatı The Syrian Observatory for Human Rights (SOHR) yayıb.
Son məlumata görə, qarşıdurmalar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. Onlardan 27-si druz, 10-u isə bədəvidir. Təxminən 50 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
SOHR qeyd edir ki, Dəməşq–Əs-Süveyda yolunda yerləşən polis nəzarət məntəqəsi də hücuma məruz qalıb. Əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.
Toqquşmaların səbəbləri və bölgədəki gərginliyin nə vaxta qədər davam edəcəyi hələlik məlum deyil.
Poliqon.info