“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə təbrik mesajı ünvanlayıb. O, saytın son on ildə vətəndaş cəmiyyətinin təşəkkül tapmasında və QHT sektorunun informasiya platformasına çevrilməsində oynadığı mühüm rolu xüsusi vurğulayıb:
"Hörmətli Cəsarət bəy və dəyərli QHT.az komandası!
QHT.az saytının fəaliyyətə başlamasının 10 illik yubileyi münasibətilə sizi ürəkdən təbrik edirəm! Bu əlamətdar tarixdə Azərbaycanın QHT sektorunun inkişafında QHT.az-ın oynadığı müstəsna rolu bir daha vurğulamağa ehtiyac var.
Bu on il ərzində QHT.az böyük bir missiyanı yerinə yetirdi. Vətəndaş cəmiyyətinin etibarlı tribunasını yaratdınız. QHT.az, sözün əsl mənasında, QHT sektorunun güvənli tribunasına çevrildi.
Bu illər ərzində QHT.az QHT sektorunun cəmiyyətə tanıdılmasında misilsiz rol oynadı. Vətəndaş təşəbbüslərinin inkişafına dəstək olmaqla yanaşı, ölkəmizdə bu sahədə aparılan islahatlara səmərəli dəstək verdiniz.
Daha da önəmlisi, QHT.az bu illər ərzində QHT sektorunun səlnaməsini yaratdı. Siz bu sahənin tarixini, nailiyyətlərini, problemlərini və inkişaf yollarını gələcək nəsillərə çatdıracaq bir arxiv formalaşdırdınız. QHT.az həm də yeni QHT liderlərinin yetişməsində böyük rol oynadı, onların səsinin eşidilməsinə, təcrübələrini bölüşməsinə imkan yaratdı. Vətəndaş cəmiyyəti fəlsəfəsi və ideyalarının təbliğində apardığınız işlər sayəsində insanlar bu sahənin əhəmiyyətini daha dərindən anladı.
QHT.az-ın ən böyük uğurlarından biri də QHT-lər arasında əməkdaşlığın güclənməsindəki roludur.
Bütün komandanıza uğurlar arzulayıram!
QHT.az hər birimiz üçün doğmadır!"