Paytaxtın Xətai rayonu, Mərkəzi Bulvar və İlqar Mirzəyev küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforları quraşdırılıb.
Operativ Media xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan svetoforlarda piyada bölmələri də istifadəyə verilib.