İyulun 14-də saat 01:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Bakues.az-a TƏBİB-dən məlumat verilib.
“Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Xəsarət alanlardan 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda Təcili tibbi yardım bölməsində müalicələri davam etdirilir. 2 nəfərə isə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”, məlumatda deyilir.