EN

Abituriyentlərin topladığı balların statistik təhlili AÇIQLANDI

I–IV ixtisas qrupları üzrə imtahanda iştirak edən abituriyentlərin 27.97 faizi 100-200 bal aralığında nəticə göstərib. Yalnız 11.28 faiz 500-700 bal aralığında nəticə toplaya bilib. 0–100 bal toplayanların faizi isə 13.47-dir.

Viral.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, eyni ixtisas qruplarında qəbul olan abituriyentlərin 46.07 faizi 300–500 bal aralığında nəticə göstərib: “29.37 faizi 200–300 bal aralığında, 5.48 faizi isə 150–200 bal toplayıb.

V ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyentlərin 27.14 faizi 50–100 bal aralığında nəticə göstərib. 27.14 faiz isə 0–50 bal aralığında nəticə göstərib. 200–300 bal toplayanlar 19.86 faiz təşkil edib.

Son Yazılar:

V ixtisas qrupu üzrə qəbul olan abituriyentlərin 48.01 faizi 100–150 bal, 27.53 faizi isə 150–200 bal aralığında nəticə göstərib. Yüksək nəticə – 250–300 bal aralığında olanların faizi isə cəmi 3.85-dir”.

Chosen
57
18
viral.az

10Sources