EN

Ukraynalı polkovnikin qətlində sensasion detal – Qatillər azərbaycanlıdır? - FOTO

Ukraynanın nüfuzlu internet nəşri "Strana.ua" redaksiyasının sərəncamına UTX-nin (Ukrayna Təhlükəsizlik Xidməti) polkovniki İvan Voroniçin qətlində şübhəli bilinən şəxslərlə bağlı rəsmi orientirovka (axtarış sənədi) keçib.

Hurriyyet.az xəbər verir ki, sənəddə azərbaycanlı Quliyeva Nərminin (1991-ci il təvəllüdlü) adı çəkilir.

Onun şəxsiyyəti hələ müəyyən olunmayan bir kişi ilə birlikdə bu səs-küylü qətldə iştirak etdiyi iddia olunur.

Ukrayna KİV-lərinin və yerli “Telegram” kanallarının yaydığı məlumata görə, Nərmin Quliyeva və onun kişi həmkarı Kyiv yaxınlığında həyata keçirilmiş xüsusi əməliyyat zamanı zərərsizləşdiriliblər.

Bildirilir ki, bu şəxslər UTX polkovniki İvan Voroniçi odlu silahla qətlə yetiriblər, daha sonra isə ölkədən qaçmağa cəhd ediblər.

Qeyd edilir ki, hücum əvvəlcədən planlaşdırılıb və yüksək peşəkarlıqla icra olunub, bu da törədilən cinayətin sifarişli xarakter daşıdığına dair şübhələri artırır. Fərziyyələrə görə, qatillər Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən agent-diversiya qrupunun üzvləri olub.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk daha əvvəl verdiyi açıqlamada Voroniçin öldürülməsində iştirak edən şəxslərin yerinin xüsusi əməliyyatla müəyyən edildiyini, onlar saxlanılarkən silahlı müqavimət göstərdiklərini və nəticədə öldürüldüklərini bəyan etmişdi.

Ukrayna KİV-lərinə istinadən məlum olub ki, Nərminlə barabər öldürülən qatil onun əri, əslən azərbaycanlı Xəqani Güləlizadədir (1981-ci il təvəllüdlü). İvan Voroniçin qətlinin birbaşa icraçısı Güləlizadə olub, Quliyeva isə təminat məsələlərinə cavabdeh imiş.

Bizim.media

Chosen
30
1
hurriyyet.az

10Sources