EN

Parlament yay tətilinə çıxdı

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

News365.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyada, yəni iyunun 3-dən indiyə qədər Milli Məclisin 7 iclası keçirilib. 45 qanun layihəsi, o cümlədən 2 konstitusiya qanunu qəbul edilib. 5 beynəlxalq müqavilə və konvensiya təsdiq edilib. 

Deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar. 

Chosen
52
news365.az

1Sources