EN

Rusiyada göyərtəsində beş nəfərin olduğu Mi-8 helikopteri radarlardan itib

Rusiyanın şərqində göyərtəsində üç ekipaj üzvü və iki texniki heyətin olduğu Mi-8 helikopteri radarlardan itib...

"Report"un məlumatına görə, bu barədə REN TV-dəki mənbə məlumat verib.

Qeyd olunur ki, hava gəmisi "Vzlet" şirkətinə məxsusdur.

Bildirilib ki, helikopter Xabarovsk diyarındakı Oxotsk qəsəbəsindən Maqadana uçurmuş.

Mənbə qeyd edib ki, Maqadan tərəfindən helikopteri axtarmaq üçün An-26, Oxotsk tərəfindən isə başqa bir Mi-8 göndərilib.

Poliqon.info

Chosen
48
1
poliqon.info

2Sources