EN

Azərbaycan məktəbliləri Beynəlxalq Kimya Olimpiadasında uğur qazandılar

BAKI, 14 iyul. TELEQRAF

5-14 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.

Teleqraf xəbər verir ki, beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komanda 1 gümüş və 3 bürünc medal qazanıb.

Sözügedən olimpiadada Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdləri Murad Xəlilzadə gümüş medala, Ümid Mustafazadə, Nəzrin Həsənova və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Rizvan Əsədov isə bürünc medala layiq görülüblər.

Chosen
13
5
teleqraf.com

6Sources