Şəkinin Çeşməli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, qardaşlardan biri ölüb, digəri xəstəxanadadır.
News365.az xəbər verir ki, Balakən rayon sakini 73 yaşlı Yusif Muradovun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı əraziyə yuvarlanıb. Hadisə zamanı sürücü Yusif Muradov dünyasını dəyişib. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq təhvil verilib.
İlkin müayinə zamanı Yusif Muradovun sükan arxasında ürək tutmasından öldüyü məlum olub.
Avtomobildə olan sərnişin, sürücünün qardaşı, 81 yaşlı Ziyafəddin Muradov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
