Bu ilin yanvar-iyun aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,3 faiz artaraq 1242,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq 629,8 milyon manat olub.