EN

Azərbaycanda taksi istifadəçilərinin sayı azalıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 39 822 nəfər olub, bu da illik müqayisədə 0,6% azalma deməkdir.

FED.az xəbər verir ki, bu baradə Dövlət Statistika Komitəsi bildirir.

Məlumata əsasən, ötən ilin birinci yarısında taksi xidmətindən 40 062,5 müştəri istifadə edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,2% artaraq 900 898,5 min təşkil edib. (Apa)

Chosen
13
11
fed.az

10Sources