EN

Azərbaycandan Ukraynaya pul köçürmələri iki dəfə azalıb

2025-ci ilin ilk rübündə Azərbaycandan Ukraynaya fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 1,128 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,267 milyon dollar və ya 2,1 dəfə azalma deməkdir. 2024-cü ilin birinci rübündə bu məbləğ 2,395 milyon dollar olub.

Ukrayna Azərbaycandan xaricə yönələn ümumi pul köçürmələrinin 1%-ni təşkil edib.

Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan xaricə ümumilikdə 112,674 milyon dollar həcmində vəsait göndərilib ki, bu da illik müqayisədə 18,811 milyon dollar və ya 14,3% azalma deməkdir.

Eyni dövrdə xaricdən Azərbaycana daxil olan pul köçürmələri isə 229,494 milyon dollar olub. Bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 64,926 milyon dollar və ya 22,1% azalıb.

Fuad Mədətov
Finss.az

Chosen
11
2
fins.az

10Sources