EN

Azərbaycan Aİ qaz bazarındakı payını artıracaq?

“Azərbaycanın Avropa İttifaqının (Aİ) qaz bazarındakı payını artırmaq imkanı yaranır”.

“Fitch Group”a daxil olan “Fitch Solutions” şirkətininn hesabatında bildirilib.

Şirkətin analitikləri Aİ Rusiyadan qaz asılılığını azaltması fonunda Azərbaycanın qaz ticarətindəki rolunun arta biləcəyi vurğulanıb.

Sənəddə qeyd olunur ki, Avropa ölkələri Norveç və ABŞ kimi alternativ mənbələrdən qaz idxalını artıraraq enerji diversifikasiyasına nail olublar. Bu kontekstdə, Rusiyaya qonşu olan və qaz ixrac potensialı yüksək olan Azərbaycan və Misirin Avropa bazarındakı payını genişləndirmək üçün yeni imkanlar əldə etdiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz nəqlini həyata keçirir və bu dəhlizin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Chosen
1
3
veteninfo.az

5Sources