EN

"Tariflər ABŞ-dən başlayaraq hər kəsə ziyan vurur"

"Brüssel və Vaşinqton razılığa gələ bilməsə, Avropa İttifaqı 21 milyard avro dəyərində Amerika mallarına rüsum tətbiq etməyə hazırdır". 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani deyib.

"Böyük Britaniyanın etdiyi kimi prinsipial razılıq əldə etmək, daha sonra isə yaxın aylarda ayrı-ayrı ticarət bölmələri üzrə texniki danışıqlara başlamaq olar. azılıq əldə olunmasa, Aİ artıq “21 milyard avro dəyərində Avropa tariflərinin siyahısını hazırlayıb və bu siyahıya ikincisi əlavə oluna bilər. Mən əminəm ki, irəliləyiş əldə olunacaq. Tariflər ABŞ-dən başlayaraq hər kəsə ziyan vurur. Birjalar düşərsə, amerikalıların pensiyaları və əmanətləri risk altında olacaq. Yenə deyirəm, gələcək üçün məqsədimiz sıfır tarif, Kanada, ABŞ, Meksika və Avropa arasında açıq bazardır", - o bildirib.

Chosen
28
operativmm.az

1Sources