EN

ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər

ABŞ-nin Türkiyədəki səfiri Tom Barak özəl nüfuzlu Amerika şirkətinin Zəngəzur dəhlizində qarant rolu oynaya biləcəyi barədə xəbərləri təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə Middle East Eye məlumat yayıb.

Bu, ABŞ tərəfindən ilk rəsmi açıqlama hesab olunur.

Tom Barak bildirib ki, bu təklifi əslində Türkiyə verib, ABŞ də razılaşıb. Lakin Ermənistan tərəfi bildirib ki, həmin şirkət yolun Naxçıvanda olan hissəsində də fəaliyyət göstərsin, Azərbaycan isə bunu qəbuledilməz adlandırıb.

Hazırda 32 kilometrlik dəhliz iki ölkənin sülh müqaviləsi bağlamasına əsas maneədir. ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər və tərəflər buradan rahatlıqla istifadə edə bilərlər.

Chosen
20
operativmedia.az

1Sources