EN

Xabarovskda yoxa çıxan helikopterin axtarışı dayandırılıb

Moskva,14 iyul, AZƏRTAC

Oxotskdan Maqadana uçan Mi-8T helikopteri Rusiyanın Xabarovsk diyarında yoxa çıxıb.

AZƏRTAC xəbər verir ki, təyyarənin ekipajı müəyyən edilmiş vaxtda əlaqə qurmayıb. İlkin məlumatlara görə, helikopterin göyərtəsində beş nəfər olub.

Rusiya İstintaq Komitəsi ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü ilə nəticələnən hava nəqliyyatının təhlükəsizliyi və istismarı qaydalarının pozulması əlamətləri ilə bağlı yoxlama aparır.

İstintaq Komitəsinin məlumatına görə, helikopterin ehtimal edilən yerləşdiyi ərazidə qaranlıq düşməsi ilə əlaqədar axtarış işləri dayandırılıb.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
42
azertag.az

1Sources