EN

Ağstafada Suverenlik yolunun başlanğıcı mövzusunda tədbir keçirildi - FOTOLAR

Ağstafada “Konstitusiya və Suverenlik İli” çərçivəsində 14 iyul 1969-cu il Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş “14 iyul 1969-cu il: Suverenlik yolunun başlanğıcı” mövzusunda tədbir təşkil olunub. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Mərkəzin akt zalında davam etdirilən tədbirdə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin zəngin və mənalı həyatından, siyasi fəaliyyətindən və dövlətçilik məfkurəsindən bəhs olunan sənədli film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişinin milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd etdi. Heydər Əliyevin yorulmaz, məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi mötəbər tədbirlər Azərbaycanın müstəqilliyi, siyasi-iqtisadi gücü, dünyada tanınması üçün əvəzsiz və təkrarolunmaz təməl oldu. Bildirildi ki, Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçdi. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən illər keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür.

      Daha sonra tədbirdə YAP rayon təşkilatının aparat rəhbəri Etibar Hacıyev, əməkdar müəllim İndira Vəliyeva, DSMF-nin Qazax-Tovuz Regional filialının Ağstafa rayon qəbul şöbəsinin müdiri Asif Qənbərov və Ağstafa rayon Mərkəzi Xəstəxanası PHŞ-nını direktor müavini Teyyub Carçıyevin çıxışları dinlənilib.

Chosen
10
unikal.az

1Sources