EN

Bricit Makron HƏRƏKƏTƏ KEÇDİ

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron onu "kişidən qadına çevrilmiş şəxs" kimi təqdim edən iki qadının məhkəmə tərəfindən bəraət alması ilə bağlı çıxarılan qərarı Ali Kassasiya Məhkəməsində mübahisələndirəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Franceinfo" məlumat yayıb.

Qeyd edək ki, Paris Apellyasiya Məhkəməsi Bricit Makronun guya kişi cinsində doğulduğu barədə saxta xəbəri yayan qadınları günahsız hesab etmişdi. Lakin məhkəmə bu iddiaların doğruluğunu deyil, həmin fikirlərin Bricit Makronun şərəf və ləyaqətinə zərər vurub-vurmadığını qiymətləndirmişdi.

Başqa sözlə, bu qərar iddianın məzmununu təsdiqləmir, sadəcə onun hüquqi məsuliyyət doğurub-doğurmadığını araşdırırdı.

Qərardan sonra konspirasiya nəzəriyyəçiləri bunu öz haqlı olduqlarının sübutu kimi təqdim etsələr də, məhkəmə onların fikirlərini dəstəkləməyib.

İndi isə Fransa birinci xanımı Kassasiya Məhkəməsinə müraciət edərək apellyasiya instansiyasının çıxardığı bəraət hökmünün ləğvini və yalan məlumat yayan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Musavat.com

Chosen
39
musavat.com

1Sources