EN

Paşinyanın mətbuat katibi: "ABŞ səfirinin Zəngəzur dəhlizinə nəzarətlə bağlı təklifi qəbuledilməzdir"

Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrakın Zəngəzur dəhlizinə nəzarətin ABŞ tərəfindən həyata keçirilməsinə dair təklif qəbuledilməzdir.

Moderator.az xəbər verir ki, Baqdasaryanın sözlərinə görə, Ermənistan regionda kommunikasiya xətlərinin açılması məsələsini yalnız ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində müzakirə edir.

“ErmÉ™nistan heç vaxt öz suveren É™razisi üzÉ™rindÉ™ nÉ™zarÉ™tin üçüncü tÉ™rÉ™fÉ™ verilmÉ™sini müzakirÉ™ etmÉ™yib vÉ™ etmir”, – deyÉ™ o bildirib.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.

Chosen
1
4
moderator.az

5Sources