EN

Ermənistandan ABŞ-ın Zəngəzur dəhlizinə nəzarətlə bağlı təklifinə REAKSİYA

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrakın Zəngəzur dəhlizinə nəzarətin ABŞ tərəfindən həyata keçirilməsinə dair təklif qəbuledilməzdir.

Heftelik.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Nazeli Baqdasarya qeyd edib ki, Ermənistan regionda kommunikasiya xətlərinin açılması məsələsini yalnız ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində müzakirə edir: “Ermənistan heç vaxt öz suveren ərazisi üzərində nəzarətin üçüncü tərəfə verilməsini müzakirə etməyib və etmir”.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.

Chosen
6
4
heftelik.az

5Sources