EN

Lənkəranda yanğında 5 baş iribuynuzlu heyvan tələf olub

Lənkəranda meşə zolağına yaxın ərazidə yanğın olub.

Operativ Media xəbər verir ki, yanğın hadisəsi Lənkəran rayonunun İsti-Su qəsəbəsində rayon sakininə məxsus fermada baş verib.

Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 3, Masallı rayonundan 1 və Liman şəhərindən 1 yanğınsöndürən texnikası və 25 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.

Eləcə də yanğının söndürülməsində 30 yaxın kənd sakini köməklik göstərib. 

2 min kvadratmetr əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan, 10 mindən çox ot bağlaması yanıb. Qısa müddətdə yanğın lokallaşdırılıb.

Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.

Chosen
47
1
operativmedia.az

4Sources